Yoxlayıb rəyinizi bildirin

Bu həftə saytımıza yeni funksionallıq əlavə etdik – xidmət haqda istifadəçilərin rəyini paylaşması. Başqa insanlar hər hansı bir xidməti aldıqda digər istifadəçilərin təcrübə və rəylərindən faydalanaraq düzgün qərar verə biləcəklər.

Hər hansı bir provayderin paketini seçdiyinizdə sol tərəfdə insanların onu bəyənib-bəyənmədiyini, həmçinin neçə nəfərin rəy yazdığını görə biləcəksiniz. Xidməti bəyəndiyiniz və ya bəyənmədiyiniz (qınadığınızı) halda sadəcə bu düymələrlə səs vermək kifayətdir.

Əgər siz öz təcrübənizi başqaları ilə paylaşmaq istəyirsinizsə o zaman ətraflı olaraq xidmətin müsbət və mənfi cəhətləri haqda rəy yazın.

Sizin rəyiniz həmçinin xidmətin ulduz reytriqində də nəzərə alınacaq. Belə ki, biz istifadəçilərin rəyləri əsasında hər bir provayder üçün ortalama reytinq çıxarırıq:

Səs vermək və ya rəy yazmaq üçün sizin Facebook və ya Twitter hesabınız olmalıdır. Hesabınızda siz yazmış olduğunuz rəyləri redaktə edə və ya silə bilərsiniz. Yeni rəy yazdığınızda, yazdığınız rəyi avtomatik olaraq Facebook və Twitterdə dostlarınızla paylaşmaq imkanı da var.

Ümid edirik ki, bu rəylər nəticəsində peşmançılıq çəkən istifadəçilərin sayı azalacaq. Hər birinizi istifadə etdiyiniz və ya etmiş olduğunuz xidmət haqda rəyinizi paylaşmağa dəvət edirik.

Misal üçün Azercell xidmətinə baxa bilərsiniz: http://yoxla.az/az/internet/mobile/azercell/180-3gmax-30m

Şərh yaz

Your email address will not be published. Required fields are marked *