Reklam

Hər gün yüzlərlə istehlakçı Yoxla.az-da xidmətləri müqayisə edir, digər istifadəçilərin rəyləri ilə tanış olur. İstifadəçilərimiz çox vaxt ya hər hansı bir xidməti almazdan əvvəl müqayisə üçün ya da istifadə etdikləri xidmətə alternativ tapmaq üçün saytımıza daxil olurlar.

Bu mərhələdə biz istehlakçıları məhz sizin xidmətinizlə tanış edə bilərik – sponsor reklamları vasitəsilə. Adi banner reklamından fərqli olaraq sponsor reklamı yüzlərlə paketlər arasında məhz sizin təqdim etdiyiniz xidmət paketini önə çəkir, istifadəçiyə fərqli şəkildə təqdim edir.

Yoxla.az iki növ sponsor reklamı təklif edir – sadə və geniş. Qeyd edək ki, eyni kateqoriyada yalnız bir növ sponsor reklamı yerləşdirilə bilər – sadə və ya geniş.

Sadə Sponsor Reklamı

Aşağıdakı şəkildə göstərildiyi kimi, sadə sponsor reklamı arzuladığınız kateqoriyada (genişzolaqlı və/və ya mobil), ekranın yarısı ölçüsündədir. Bu reklamda sizin loqotip və paket haqda məlumat yerləşdirilir. Reklam sizin paketinizin səhifəsinə keçid verir.

(tam ölçü üçün şəkilin üzərinə basın)

 

Geniş Sponsor Reklamı

Bu növ reklamda sizin paketiniz adi paket kimi göstərilir, lakin hər zaman ən üstdə və fərqləndirici rəngdə olmaqla diqqəti cəlb edir.

Geniş sponsor reklamının üstünlükləri:

  • Yalnız sizin reklam göstərilir
  • Digər pakerlətin arasında olduğundan reklam kimi deyil, məhz promo paket kimi qəbul edilir

(tam ölçü üçün şəkilin üzərinə basın)

Bu və digər növ reklamlarlə əlaqəli bizimlə info@yoxla.az ünvanı vasitəsilə və ya (+99412) 437 83 80 nömrəli telefonla əlaqə saxlayaraq ətraflı məlumat ala bilərsiniz.

Qeyd edək ki, Məsləhətli paketlər yalnız Yoxla.az tərəfindən seçilir və reklam xarakteri daşımır.