ADSL Xidmətini Necə Seçməli?

ADSL xidmətini seçərkən əsas 2 parametrə diqqət yetirmək lazımdır – qiymət və sürət. Provayderlərin qiymətlərini asanlıqla saytımızda müqayisə edə bilərsiniz. Lakin sizin nəticədə aldığınız sürət, provayderin göstərdiyi maksimal sürət olmaya bilər.

ADSL-in bir neçə standartı mövcuddur. Bunlardan ən geniş istifadə olunanları:

  • ADSL – maksimal 8 Mb/s
  • ADSL2 – maksimal 12 Mb/s
  • ADSL2+ – maksimal 24 Mb/s

Azərbaycanda demək olar ki bütün provayderlər ADSL2+ dəstəkləyir. Lakin, əgər siz ADSL2+ sürətindən faydalanmaq istəyirsinizsə, modeminiz ADSL2+ dəstəkləməlidir.

Bu günlərdə bir çox internet provayderi sərfəli qiymətə yüksək sürətli bağlantı vəd edir. Lakin bəzən istifadəçilər vəd olunan sürəti əldə edə bilmir. Bunun əsas səbəsi qoşulan istifadəçi ilə telefon qovşağı (ATS) arasında olan məsafədir. ADSL texnologiyası məsafəyə və xəttin keyfiyyətinə çox həssasdır. Əgər sizi telefon qovşağınıza bağlayan naqillər keyfiyyətsizdirsə və ya zədələnmişdirsə bu sürətlər daha da aşağı ola bilər.

Telefon qovşağına olan məsafənin ADSL sürətinə təsiriYuxarıdakı qrafik ADSL texnoloqiyalarının, telefon qovşağına olan məsafədən aslı olaraq, sizin əldə edə biləcəyiniz sürəti göstərir. Əgər siz telefon qovşağına 1.5 km və ya daha yaxın məsafədə yaşayırsınızsa bəxtiniz gətirib – rahat 12 Mb/s sürət əldə edə bilərsiniz. Lakin əgər siz 3 km və ya daha uzaq məsafədən bağlanırsınızsa, o zaman 2-3 Mb/s sizin maksimal sürətiniz olacaq. Yəni, əgər sizinlə telefon qovşağının arasında məsafə böyükdürsə o zaman 3 Mb/s-dən sürətli paketi almağın mənası yoxdur. (Qeyd: rəqəmlər provayderlərə görə deyişə bilər.)

Bunu həmçinin aşağıdakı qrafik də təsdiq edir. Göründüyü kimi, 2008-2011 illərində, provayderlər üzrə ortalama maksimal endirmə sürəti 2Mb/s-dən 3Mb/s-ə qalxmışdır. Yəni 3 Mb/s üzərində sürət alan adamların sayı heç də çox deyil.

Beləliklə, əgər siz ADSL ilə qoşulursunuzsa və telefon qovşağından 3 km və ya daha uzaqda yaşayırsınızsa, o zaman sizə 4 Mb/s sürətinə qədər paketlər lazımdır. Əgər 2 km-ə qədər məsafədən qoşulursunuzsa, o zaman demək olar ki istədiyiniz sürəti seçə bilərsiniz.

Son olaraq onu qeyd edək ki, daha yüksək sürətlər üçün yeni texnologiyalar – kabel və fiber-obtik (FTTx) tələb olunacaq. Bu texnologiyalar isə hələlik əlçatmazdır.

6 şərh

  • 1
    Röyal
    24 September 2014 - 14:40 | Permalink

    Mende Azeronlinedir normalda 4 mb/s olmalidir yeni sirket ele verir amma modem necese 10mb/s edir

  • 2
    TOGRUL
    9 June 2014 - 13:00 | Permalink

    SUPER ONLINE BEZDIRIR ADAMI HEC KIM GIRMESIN. GIRENDE MUQAVILENI GETIRIB EVDA BAGLAYILLAR CIXMAQ ISTIYENDE INTERNETDEKI PROBLEMLERE GORE DEYIRLER GEL OFISE INTERNETDE TEZ TEZ KESILIR GIRMIYIN SUPER ONLINE A

  • 3
    Abbas
    28 March 2014 - 17:25 | Permalink

    aztelekom berbad gunundedir qirilma niye gore olur ?

  • 4
    rashad
    1 December 2012 - 02:19 | Permalink

    Çox sağ olun məlumat üçün.

  • 5
    29 September 2012 - 18:16 | Permalink

    neye gore intenetde qirlma olur?

  • 6
    22 September 2012 - 14:09 | Permalink

    Bakı

  • Leave a Reply to Röyal Cancel reply

    Your email address will not be published. Required fields are marked *