Category Archives: Xəbər və Yeniliklər

Rəqəmli və Kabel TV xidmətləri əlavə olundu!

Artıq Yoxla.az-da rəqəmli və kabel televiziya xidmətlərini də yoxlaya biləcəksiniz. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən 4 TV provayderinin təqdim etdiyi 30-a yaxın paketi və yüzlərlə kanalı müqayisə edə bilərsiniz. Hər zamankı kimi saytımızda paketin qiyməti və paketə daxil olanlar haqda ətraflı məlumatlar da yerləşdirilmişdir.

Hal-hazırda AiləTV, KATV1, B&BTV və ConnectTV şirkətlərinin paketləri əlavə edilmişdir. Əgər siz bu xidmətlərdən hər hansı birini istifadə edirsinizsə, və ya əvvəllər istifadə etmisinizsə, saytımıza daxil olub bu şirkətlərin göstərdiyi xidmət haqda rəyinizi bildirə bilərsiniz.

Xatırladaq ki, Yoxla.az Azərbaycanda bir sıra xidmət və məhsulların yoxlanılmasını və müqayisəsini istehlakçılar üçün asanlaşdırmaq məqsədilə yaradılmışdır. Tezlikə dir sıra digər xidmətlər də əlavə ediləcəkdir.

TV paketlərini müqayisə etmək üçün bura keçin: http://yoxla.az/az/tv/

Yoxlayıb rəyinizi bildirin

Bu həftə saytımıza yeni funksionallıq əlavə etdik – xidmət haqda istifadəçilərin rəyini paylaşması. Başqa insanlar hər hansı bir xidməti aldıqda digər istifadəçilərin təcrübə və rəylərindən faydalanaraq düzgün qərar verə biləcəklər.

Hər hansı bir provayderin paketini seçdiyinizdə sol tərəfdə insanların onu bəyənib-bəyənmədiyini, həmçinin neçə nəfərin rəy yazdığını görə biləcəksiniz. Xidməti bəyəndiyiniz və ya bəyənmədiyiniz (qınadığınızı) halda sadəcə bu düymələrlə səs vermək kifayətdir.

Əgər siz öz təcrübənizi başqaları ilə paylaşmaq istəyirsinizsə o zaman ətraflı olaraq xidmətin müsbət və mənfi cəhətləri haqda rəy yazın.

Sizin rəyiniz həmçinin xidmətin ulduz reytriqində də nəzərə alınacaq. Belə ki, biz istifadəçilərin rəyləri əsasında hər bir provayder üçün ortalama reytinq çıxarırıq:

Səs vermək və ya rəy yazmaq üçün sizin Facebook və ya Twitter hesabınız olmalıdır. Hesabınızda siz yazmış olduğunuz rəyləri redaktə edə və ya silə bilərsiniz. Yeni rəy yazdığınızda, yazdığınız rəyi avtomatik olaraq Facebook və Twitterdə dostlarınızla paylaşmaq imkanı da var.

Ümid edirik ki, bu rəylər nəticəsində peşmançılıq çəkən istifadəçilərin sayı azalacaq. Hər birinizi istifadə etdiyiniz və ya etmiş olduğunuz xidmət haqda rəyinizi paylaşmağa dəvət edirik.

Misal üçün Azercell xidmətinə baxa bilərsiniz: http://yoxla.az/az/internet/mobile/azercell/180-3gmax-30m

Dövlət Provayderləri də ADSL Qiymətlərini Endirdi

Oktyabr ayının 1-dən etibarən Aztelecom.net və Bakinternet də ADSL qiymətləri endirdi. Qiymətlər bütün paketlərdə təqribən 25-50% endirilmişdir. Yeni qiymətlərlə aşağıda tanış ola bilərisiniz:

Bakinternet yeni qiymətlər

Aztelekom.net yeni qiymətlət

Bunlarla yanaşı DataPlus da qiymətləri endirmişdir:

DataPlus yeni qiymətlər

Qeyd edək ki, özəl provayderlərin çoxsu təqribən 1 ay əvvəl ADSL qiymətlərini endirmişdilər və biz bu haqda xəbər vermişdik.

Ümid edirik ki genişzolaqlı internetin əlçatan olması onun yayılmasına və ölkədəki internet xidmətlərinin çoxalmasına təkan verəcək.

ADSL qiymətlərində payız endirimləri

Yenilənmə [08/09/11]: Alfanet, Azstarnet, Azdatakom və Nakhinternet də qiymətləri endirdilər. Düzdür bəziləri bunu müddətsiz kampaniya şəklində edib ki, bu da biraz narahat edicidir. Yeni qiymətlərlə burada tanış ola bilərsiniz:

Bu həftə ADSL provayderlərindən gələn qiymət endirimləri ilə başladı.

İlk əvvəl Ultel qiymətlərindəki endirimləri haqda xəbər verdi: yoxla.az/az/internet/broadband/ultel/

Ardından Azeronline qiymətləri endirdi: yoxla.az/az/internet/broadband/azeronline/

Günün sonuna isə Provayder.az yeni qiymətlərini açıqladı: yoxla.az/az/internet/broadband/provayder-az/

Qeyd edək ki, qiymətlər bəzi hallarda 50%-ə qədər endirilib və 1 Mb/s sürətli paketlər artıq tarixə çevrilməkdədir.

Yoxla.az-da olan məlumata görə yaxın günlərdə Bakinternet və bəzi başqa provayderlərdə də endirimlər gözlənilir. Bloqumuzu izləyin.