Category Archives: Araşdırma və İcmallar

Yeni internet qiymətləri və 2011 ilə müqayisə

Keçən il olduğu kimi, 2012-nin də Sentyabr ayı bir çox internet provayderlərin qiymətlərini endirməsi ilə müşayət olundu. AzStarNet, Metronet, Transeurocom, AzDataKom, DataPlus, Ultel, Stream, AvirTel, Bakinternet, AzTeleKom və Connect qiymətləri endirib yeni paketlər təqdim etmişdir. Əgər siz bu internet provayderlərindən hər hansı birini istifadə edirsinizsə, ödədiyiniz məbləğ qarşılığında yeni sürəti alıb-almadığınızı mütləq yoxlayın.

Yoxla.az 2011-ci ilin avqust ayından fəaliyyətə başlayıb və o vaxtdan Azərbaycan internetində bütün qiymət dəyişikliklərini təqib edir. İnternetimizdə baş verən dəyişiklikləri daha aydın təsvir etmək üçün, 2011-ci ilin Avqust ayından bu günə qədər dəyişiklikləri analiz etdik.

Genişzolaqlı (Fixed) İnternet

Genişzolaqlı internet qiymətlərini müqayisə etmək üçün biz bütün limitsiz paketlər üzrə 1Mb/s sürətin qiymətini əsas götürdük. Aşağıda göy zolaqla müvafiq il üçün 1Mb/s sürətin qiymət diapazonu (minimal-maksimal), sarı ox isə ortalama qiyməti göstərilmişdir:

Yuxarıda göstərildiyi kimi, 1Mb/s sürətinin qiyməti 2011-ci il üçün 6.66-100 manat arasında dəyişib və 1Mb/s sürətin orta qiyməti 21.5 manat təşkil edib. 2012-ci ildə qiymət diapazonu xeyli kiçilərək 1.33-15 AZN, orta qiymət isə 6.27 manat təşkil etmişdir. Ortalama 1 Mb/s sürətin qiyməti 3.45 dəfə ucuzlaşmışdır.

İkinci müqayisə kriteriyamız qoşulma sürətləridir. Son 1 ildə kabel və fiber optik provayderlər fəaliyyətə başlamış, ADSL provayderləri maksimal sürəti 24Mb/s-a artırmışdır. Nəticədə, aşağıda göründüyü kimi, maksimal sürət 2011-də 12 Mb/s-dən, 2012-də 100 Mb/s-ə artmışdır. Müvafiq vaxtda ortalama qoşulma sürəti 3.69-dan 10.3 Mb/s-ə, minimal qoşulma sürəti isə 256Kb/s-dən 1Mb/s-ə qaldırılmışdır.

read more »

Azərbaycan İnternet Sürətinə Görə Dünyada 106-cı yerdədir

SpeedTest” testləri əsasında formalaşdırılan “NetIndex” reytinqində Azərbaycan 106-cı yerdədir. Bu məlumat 24 Sentyabr – 23 Oktyabr müddətində toplanılmış 300.000-dən çox testlərin əsasında formalaşdırılıb.

Ölkə üzrə ortalama sürətlər aşağıdakı kimidir:

  • Endirim sürəti (download) – 2.78 Mb/s
  • Yükləmə sürəti (upload) – 0.92 Mb/s

ADSL provayderləri arasında ortalama endirmə sürətinə görə ən yaxşı 3 provayder:

  1. Eurosel – 6.97 Mb/s
  2. AzStarNet – 4.55 Mb/s
  3. Alfanet (Adanet) – 3.57 Mb/s

Mobil internet provayderlərində isə ortalama endirmə sürəti belədir:

  1. Azerfon – 1.44 Mb/s
  2. Elcell (Datacell) – 1.04 Mb/s
  3. (digər provayerlər haqda məlumat yoxdur)

Yuxarıdakı rəqəmlər ölkədaxili vəxiyyəti əks etdirsə də, dünya səviyyəsində Azərbaycan internetinin harda olduğunu anlamaq üçün digər ölkələrlə müqayisə etmək lazımdır. Aşağıdakı diaqramda “NetIndex” Oktyabr məlumatları əsasında bütün ölkələrin otralama endirmə sürətləti göstərilmişdir. Biz müqayisə üçün İsveç (26 Mb/s), Rusiya (10.5 Mb/s), Türkiyə (6 Mb/s) və Azərbaycanı (2.78 Mb/s) seçdik.

Bizi maraqlandıran digər bir sual da Azərbaycanda internet sürətlərinin artış tempi oldu. Bunun üçün biz yenə də “NetIndex” məlumatları əsasında 2008-2011 illəri arasında Azərbaycan, Türkiyə və Dünyada ortalama endirmə sürətlərini müqayisə etdik. Dünyada bu göstərici 2 dəfədən çox artsa da, Azərbaycan üçün demək olar ki üfüqi qalmışdır.

Bir daha qeyd edək ki bu araşdırma “NetIndex” məlumatları əsasında formalaşdırılıb və tam reallığı əks etdirməyə bilər.